“Qarabağ”ın ÇL-dəki potensial rəqibləri Dublində qarşılaşıb
“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri “Şelburn” (İrlandiya) və “Linfild” (Şimali İrlandiya) Dublində qarşılaşıb.
İrlandiyanın paytaxtında yerləşən “Tolka Park” stadionunda keçirilən qarşılaşma 1:0 hesabı ilə başa çatıb. Meydan sahiblərinin yeganə qolunu görüşün 58-ci dəqiqəsində Ademipo Odubeko vurub.
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı