Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Qarabağda tikinti işlərinə nə qədər pul xərclənib? – Siyahı

6 noyabr / 09:14 2 dəq
Qarabag
6 noyabr / 09:14
Burada sizin reklamınız ola bilər

2024-cü ilin yanvar-sentyabr ayları ərzində azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 3 milyard 604 milyon 307 min manat vəsait sərf edilib.

Qerbxeber.com Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.9% və ya 266.3 milyon manat azdır. Belə ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 3 milyard 870 milyon 597 min manat vəsait yönəldilib.

Qeyd edək ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər ( 797 mln. 437 min manat), Ağdam (527 mln. 112 min manat) və Laçın ( 567 mln. 497 min manat) rayonlarına ayrılıb.

Xatırladaq ki, cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda əsas kapitala 12 milyard 711 milyon manat vəsait yönəldilib ki, bununda 9 milyard 193 milyon manatı tikinti quraşdırma işlərinə sərf edilib. Beləliklə hesabat dövründə işğaldan azad olunmuş ərazilər üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsait respublika üzrə yenidənqurma işlərinə sərf olunan vəsaitin 39.2%-ni təşkil edib

Aşağıdakı cədvəldə cari ilin 9 ayı və ötən ilin müvafiq dövründə azad edilmiş ərazilərdə rayonlar üzrə tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitin həcmi verilib:

Azad edilmiş ərazilər 2023-cü il yanvar-sentyabr. Min manat 2024-cü il yanvar-sentyabr. Min manat
Kəlbəcər rayonu 650370 797437,1
Laçın rayonu 983043,9 569497,8
Ağdam rayonu 341420,6 527112,2
Şuşa rayonu 332300,7 386148,9
Zəngilan rayonu 367889,8 329544,4
Füzuli rayonu 585624,1 319788,9
Cəbrayıl rayonu 334275,1 273959,9
Qubadlı rayonu 188330,8 270482,4
Xocavənd rayonu 87304,2 56439,9
Xocalı rayonu 38,1 34500
Xankəndi şəhəri 29053,7
Ağdərə rayonu 10341,9
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı