Dünya

“Qərb Rusiyanı marginallaşdırmağa çalışır” – Lavrovdan etiraz çıxışı

18 mart / 13:38 1 dəq
Sergey lavrov
18 mart / 13:38
Burada sizin reklamınız ola bilər

“Qərb Rusiyanı marginallaşdırmağa, onun inkişafını dayandırmağa çalışır. Moskvaya təzyiqlər görünməmiş səviyyədədir”.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Russia Today” telekanalına müsahibəsində bildirib.

“Hazırda Ukraynada müşahidə etdiyimiz Qərbin strateji kursunun kvintessensiyasıdır, yəni Rusiyanı marginallaşdırmaq, onu geridə saxlamaq, Rusiyanın inkişafına son qoymaq və Rusiyanın dünya siyasətində, iqtisadiyyatında, idman, incəsənət, ticarət, elm, təhsildə rolunu sıfıra endirməkdir. İndi biz qərbli həmkarlarımızın misli görünməmiş addımlar atdığını görürük”, – deyə Lavrov əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər