Dünya

Putin Prezident İlham Əliyevlə ŞƏT-in Astana sammitində danışıqlar aparacaq

3 iyul / 08:22 1 dəq
66840f84f34e066840f84f34e11719930756646f5e915ab6c21be9799cc5ae14cf7f
3 iyul / 08:22
Burada sizin reklamınız ola bilər

Rusiya Prezidenti Vladimir Putin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astana sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.

Qerbxeber.com TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, eyni zamanda, Vladimir Putinin sammit çərçivəsində Türkiyə, Monqolustan, Çin, Pakistan və Qazaxıstan lideri ilə görüşləri nəzərdə tutulub.

Uşakov əlavə edib ki, Vladimir Putin İran Prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Moxber ilə də danışıqlar aparacaq.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti 3-4 iyul tarixlərində Qazaxıstanın Astana şəhərində keçiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər