Bölgə xəbərləri

Putin: Bu görüş gələcəkdə bir çox prinsipial məsələlərin həlli üçün yaxşı atmosfer yaratdı

1 noyabr / 00:50 1 dəq
Putin əliyev
1 noyabr / 00:50
Burada sizin reklamınız ola bilər

Rusiya Prezidenti Vladimir Putin üçtərəfli görüşdən danışıb

‘Qərb Xəbər’ məlumat verir ki, Putin mətbuat konfransında görüşün faydalı keçdiyini bildirib.

Putinin sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan gələcəklə bağlı razılığa gəlmək bacarıqlarını nümayiş etdiriblər.

Putin qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistan arasında yekun nizamlanmaya nail olmaq üçün hər şeyi edəcək.

Rusiya lideri İlham Əliyev və Nikol Paşinyanla birgə bəyanatın razılaşdırıldığını deyib:

 

“Bizim ümumi fikirimizə görə bu, faydalı görüş oldu. Fikrimcə, bu görüş gələcəkdə bir sıra prisnsipial məsələlərin həlli üçün yaxşı atmosfer yaratdı. Bu gün biz birgə bəyanatı razılaşdırdıq. Açıq deməliyəm ki, hər şey razılaşdırılmayıb”.

Paylaş
Burada sizin reklamınız ola bilər