Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Prezident Rusiya Baş nazirinin müavinini qəbul edib

17 dekabr / 11:44 2 dəq
20a4fed1 a4df 3713 84a3 527f066fe0d0
17 dekabr / 11:44
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

Report-un xəbərinə görə, görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Ticarət dövriyyəsinin artdığı xüsusi qeyd olunub. İqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı potensialın olduğu bildirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Soçi görüşü məmnunluqla xatırlanıb.

Aleksey Overçukun səfərinin iqtisadi sahədə əməkdaşlıq üzrə ilin yekunlarının müzakirəsi üçün yaxşı imkan yaratdığı vurğulanıb.

Söhbət zamanı Rusiya-Azərbaycan-Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli komissiyanın fəaliyyətinə toxunulub, kommunikasiyaların açılması və digər məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycanla Rusiya arasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı