Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

Prezident İlham Əliyev Slovakiyanın azərbaycanəsilli səfirinin etimadnaməsini qəbul edib

19 avqust / 10:44 3 dəq
Slov sef prez
19 avqust / 10:44
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Slovakiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Elçin Qasımovun etimadnaməsini qəbul edib.

Qerbxeber.com xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı bildirib ki, azərbaycanəsilli diplomatın Slovakiyanın Azərbaycanda səfiri təyin edilməsi Slovakiya tərəfindən ölkəmizə olan hörmətin və etimadın təzahürü kimi qəbul olunur.

Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayaraq, bu xüsusda Slovakiyanın Baş naziri Robert Fitsonun 2024-cü ildə Azərbaycana səfərini məmnunluqla xatırlayıb.

Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı anlaşmanın və dəstəyin mövcud olduğu vurğulandı, enerji sahəsində əməkdaşlığın mühüm əhəmiyyət daşıdığı qeyd edilib.

Görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunuldu, bu xüsusda Slovakiyanın Avropa İttifaqının üzv dövləti kimi bu əlaqələrin inkişafına göstərdiyi dəstək vurğulanıb. Həmçinin Slovakiyanın ölkəmizdə NATO-nun əlaqələndirici səfirliyi funksiyasını yerinə yetirdiyi qeyd olunaraq, bu ölkənin Azərbaycan-NATO əlaqələrinin inkişafına da dəstək verdiyi bildirilib.

Dövlətimizin başçısı avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması üçün imzalanmış sənədlərin əhəmiyyətinə toxundu, bunun tarixi xarakter daşıdığını və regionda davamlı sülh üçün yeni perspektivlər açdığını qeyd edib.

Prezident İlham Əliyev səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir öz növbəsində Azərbaycanla Slovakiya arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyərək, Slovakiya Prezidentinin və Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, həmçinin dövlətimizin başçısının Slovakiyaya rəsmi səfərə dəvət olunduğunu bir daha qeyd edib.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Slovakiya Prezidentinə və Baş nazirinə çatdırılmasını xahiş etdi. Dövlətimizin başçısı Slovakiyaya səfərə dəvəti məmnunluqla qəbul etdiyini bildirib.

Elçin Qasımov avqustun 8-də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə bağlı əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.

Görüşdə enerji, kənd təsərrüfatı sahələrində əməkdaşlıq, həmçinin Qarabağda aparılan bərpa və quruculuq işlərində Slovakiya şirkətlərinin iştirakı məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı