Kateqoriyasız

Prezident atəşkəsin pozulmasından danışıb

18 dekabr / 14:16 1 dəq
Ilham aliyev main photo 200320
18 dekabr / 14:16
Burada sizin reklamınız ola bilər

“Bəyanatın imzalanmasından keçən ay yarım ərzində cəmi 1 atəşkəsi pozuntusu insidenti olub. Bizdə olan məlumata görə, bu, Ermənistan rəhbərliyinin nəzarəti altında olmayan “könüllülər qrupu”, əslində isə yaraqlılar tərəfindən törədilib”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında deyib.

“Həmçinin qeyd etmək istəyərdim ki, Ağdam rayounda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılması işləri gedir. O, bəyanatda da öz əksini tapıb. Mərkəz vəziyyətin müşahidəsini gerçəkləşdirəcək”, – dövlət başçısı xatırladıb.

Paylaş
Burada sizin reklamınız ola bilər