Polşa XİN müavini:Avropa liderləri Trampın Ukrayna ilə bağlı mövqeyinə təsir edə bilməyəcək
“Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşdə onun ukraynalı həmkarı Volodimir Zelenskini müşayiət edən bir sıra Avropa ölkələrinin liderləri Ağ Ev rəhbərinin Ukrayna ilə bağlı mövqeyinə heç bir şəkildə təsir edə bilməyəcəklər”.
Qerbxeber.com Teleqraf -a istinadən xəbər verir ki, bu sözləri Polşa xarici işlər nazirinin müavini Vladislav Teofil Bartoşevski deyib.
“Əslində, Ukrayna ilə bağlı qərarlar Amerikanın dar dairəsində qəbul ediləcək. Avropa nümayəndələri danışıqlarda iştirak etmirlər. Onların reallığa məhdud təsirləri olacaq, orada qərarlar bir nəfər tərəfindən qəbul edilir”, – diplomat bildirib.




