Images (81)
PKK özünü ləğv etdi
John bolton 900x600
Rusiya Trampla şanşlarını həddən artıq sınayır-Con Bolton
Tramp
Prezident Tramp Yaxın Şərq turuna çıxır
Erdogan putin 1
Ərdoğan Putinə Türkiyənin Rusiya və Ukrayna arasında sülh danışıqlarına vasitəçilik etməyə hazır olduğunu bildirib
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Fındıq bağlarının sığortalanmasına başlanılıb

4 həftə ago
A A
Indir 2025 04 14t163930.235

Azərbaycanda 2025-ci təsərrüfat ilində fındıq bağlarının dövlət dəstəyi ilə aqrar sığortasına başlanılıb.

Qerbxeber.com bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ölkədə aqrar sığorta mexanizminin fermerlər üçün əsas üstünlüklərindən biri də sığorta haqqının 50 %-nin dövlət tərəfindən qarşılanmasıdır. Belə ki, fermerlərə dəstək məqsədilə sığorta haqqının yarısını dövlət ödəyir. Nəticədə fermerlər hesablanmış sığorta haqqının yalnız 50%-ni ödəyərək təsərrüfatlarını və əkin sahələrini sığorta etdirirlər.

Sığorta haqqı isə regionlardan asılı olaraq dəyişir. Məsələn, fındığın kütləvi şəkildə əkildiyi Xaçmaz rayonunda 1000 manatlıq məhsulu sığortalamaq üçün fermer cəmi 7,25 manat ödəməlidir. Zaqatala, Balakən və Qax rayonlarında isə 1000 manatlıq fındığın sığortası fermerə cəmi 20 manata başa gəlir. Artıq 2024-cü ildən etibarən fındıq sahələri üzrə sığorta ödənişlərinə də başlanılıb. Ötən il fındıq bağlarına dəymiş zərərlərə görə fermerlərə və təsərrüfatlara 4 737 manat sığorta ödənişi edilib.

Fındıq bağı sahibləri əlavə olaraq meyvə bağlarındakı ağacları ayrıca sığorta etdirə bilərlər. Bu halda, ağac tələf olarsa, fermerə ağacın 3 illik meyvə dəyəri qədər sığorta ödənişi verilir. Bu sığorta məhsulu üzrə sığorta tarifi cəmi 0,83% təşkil edir.

Məsələn, ildə 20 manatlıq məhsul verən naringi (mandarin) ağacının illik sığorta haqqı cəmi 50 qəpikdir. 50%-lik dövlət dəstəyini nəzərə aldıqda, fermer cəmi 25 qəpik ödəməklə ildə 20 manatlıq məhsul verən ağacı çoxsaylı risklərdən sığortalaya bilər.

Qeyd edək ki, fındıq Azərbaycanın demək olar ki, bütün ərazilərində əkilən bitkidir.

Statistikaya əsasən, hazırda Azərbaycanda 80 601 hektar fındıq bağı mövcuddur. Bu sahələrin təxminən 57 min hektarı artıq məhsul verir. Ölkədə bir hektar fındıq bağının məhsuldarlığı orta hesabla 12,7 sentnerdir. Azərbaycanda fındıq sahələrinin təxminən 96%-i ölkənin iki regionunda – Şəki-Zaqatala (57 min hektar) və Quba-Xaçmaz (20 min hektar) iqtisadi zonalarında yerləşir. Ən böyük fındıq bağları sahəsi Zaqatala rayonundadır – 20,2 min hektar. Xaçmaz rayonunda 11,7 min hektar, Balakən və Qax rayonlarında isə 10 min hektar fındıq bağı mövcuddur. Fındıq bağlarının aktiv əkildiyi rayonlar arasında Qəbələ (7,1 min hektar), Qusar (6,5 min hektar), Şəki və Oğuz (hər biri 4,4 min hektar) rayonlarını qeyd etmək olar. Fındıq bağlarının sahəsi sürətlə genişlənməkdədir – təkcə 2024-cü il ərzində 346 hektar yeni bağ salınıb.

Son xəbərlər

Indir 2025 05 13t134323.988

Putin İstanbula getmədi

13 May 2025
Images (87)

Gürcüstan Parlament “MEGOBARI Aktı”na cavab bəyanatı hazırlayıb

13 May 2025
Images (86)

MÜTDA: “Son zəng”lə bağlı məktəblərə bildirişdər göndərilib

13 May 2025
Indir 2025 05 13t131813.193

4-6-cı sinif şagirdləri üçün monitorinq imtahanı olacaq

13 May 2025
Indir 2025 05 13t131319.699

İyunda müəllimlərin növbəti sertifikasiya imtahanı keçiriləcək

13 May 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.