Dünya

Polşa və Ukrayna birgə dron istehsal edəcək

10 iyul / 19:44 1 dəq
Depositphotos 437599934 stock photo poland ukraine flags waving flag
10 iyul / 19:44
Burada sizin reklamınız ola bilər

Polşa və Ukrayna şirkətləri dronların birgə istehsalı üzərində işləyirlər.

Qerbxeber.com xəbər verir ki, bu barədə jurnalistlərə Polşa hökumətinin mətbuat katibi Adam Szlapka Romada Ukraynanın bərpası ilə bağlı konfransda məlumat verib.

“Nazirliklərimiz və şirkətlərimiz bunun üzərində işləyir. Bu addım qeyd olunan sahədə çox maraqlı və yaxşı əməkdaşlığa səbəb ola bilər”, – deyə o bildirib.

Szlapka birbaşa olaraq Varşavanın Kiyevə əlavə yardım paketləri ayırmağı planlaşdırıb-planlaşdırmayacağına cavab verməyib və vurğulayıb ki, Polşa artıq Ukraynaya əhəmiyyətli dəstək verib.

Bundan əlavə, Nazirlər Kabinetinin mətbuat katibi Polşanın bir ildən sonra Ukraynanın bərpası ilə bağlı növbəti konfransı keçirə biləcəyini də istisna etməyib.

Paylaş
Burada sizin reklamınız ola bilər