Polşa ordusunu tam döyüş hazırlığına gətirib
Rusiyanın bütün Ukrayna ərazisinə hava hücumları etməsi fonunda Polşa və NATO-dakı müttəfiqləri yerüstü qüvvələrini tam döyüş hazırlığı vəziyyətinə gətiriblər. Rusiyanın hücumları Polşa sərhədinin yaxınlığındakı Lvovda da müşahidə edilir. Burada azı 5 nəfər həlak olub.
Polşanın Operativ Komandanlığı döyüş hazırlığını artırmasını ölkənin hava məkanının təhlükəsizliyinin təmini məqsədiylə əlaqələndirib.
Keçən ay Rusiya PUA-ları Polşa hava məkanını daxil olmuşdular. Bundan sonra NATO təyyarələri təcili olaraq havaya qalxmışdılar. Polşa isə öz növbəsində Rusiya təyyarəsinin onun səmasına yaxınlaşacağı anda məhv ediləcəyini açıqlamışdı.
Bununla belə Ukrayna müharibəsinin başlanmasının 3-cü ili fonunda bu, Rusiya və NATO-nun ilk dəfə qarşı-qarşıya qaldığı olay olub.





