Dünya

Paşinyan Prezident İlham Əliyevlə sərhəddə görüşməyə hazır olduğunu deyib

31 avqust / 15:38 1 dəq
118698255 pashinyan21
31 avqust / 15:38
Burada sizin reklamınız ola bilər

“Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətimiz zamanı bildirdim ki, Azərbaycan prezidenti ilə sərhəddə görüşməyə hazıram”.

Qerbxeber.com Ermənistan mətbuatına istinadən xəbərinə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.

O deyib ki, indiyədək aparılan ikitərəfli danışıqlar müsbət nəticələr doğurub:

“İndiki mərhələdə biz ikitərəfli formatda müzakirələr aparırıq. Hesab edirəm ki, belə bir format daha doğrudur. Bununla bağlı fikirlərimi Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətimdə ona da bildirmişəm. Lakin biz digər formatlardan da imtina etmirik. Hesab edirəm ki, bütün məsələlər konkret kontekstdə nəzərdən keçirilməlidir”.

Paylaş
Burada sizin reklamınız ola bilər