Bölgə xəbərləri

Paşinyan Kişinyova getdi

31 may / 15:39 1 dəq
Photo
31 may / 15:39
Burada sizin reklamınız ola bilər

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə çərşənbə günü Moldovaya işgüzar səfərə gedibş

“Qərb Xəbər” “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Kişinyovda baş nazir Avropa Siyasi Birliyinin ikinci sammitində iştirak edəcək.

Sammit çərçivəsində beynəlxalq tərəfdaşlarla ikitərəfli danışıqların aparılması planlaşdırılır.

Moldovanın paytaxtında həmçinin Ermənistanın baş naziri, Fransa prezidenti, Almaniya kansleri, Avropa Şurasının prezidenti və Azərbaycan prezidenti arasında beştərəfli görüş keçiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər