“Marneulidə 69 saylı seçki məntəqəsində seçki qutusuna bülleten atan “Gürcü arsuzunun” Şəhər Şurasının üzvü həbs edilib.
Qerbxeber.com 24News.ge xəbər verir ki, bu barədə Parlament sədri Şalva Papuaşvili keçirilən birifinq zamanı məlumat verib.
O bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır:
“Yeri gəlmişkən, qeyri-hökumət təşkilatlarından birinin də şikayət ərizəsi yazdığı ikinci fakt “Lelo”nun nümayəndəsinə aiddir. Bilmirəm nə dərəcədə doğrudur, amma bülletenləri doldurmağa çalışan “Lelo”nun nümayəndəsi olduğu deyilir. Şikayətlər edilib, hamısına baxılacaq”, – deyə Papuaşvili vurğulayıb.