Pakistanın baş naziri İmran Xanın partiyası lazım olan səsləri toplaya bilməyib.
Qərb Xəbər bildirir ki, Ölkənin Müttəhidə Qaumi Hərəkatının (MQM) müxalifətə qoşulması ilə Baş nazir İmran Xanın etimad səsini qazanmaq üçün lazım olan 7 səsi çatmır, müxalifət isə baş naziri vəzifədən kənarlaşdırmaq üçün lazım olan 172 səs həddini keçib.
İmran Xanın yaxın saatlarda istefa çıxışı və müraciəti gözlənilir.
Qeyd edək ki, İmran Xan 2018-ci ildən baş nazir vəzifəsindədir