Orta Salahlı qəbiristanlığına bulaq çəkilib – Fotolar
Qazax rayonunun Orta Salahlı kənd qəbirstanlığına su xətti çəkilib.
Kənd icmasının fəalları tərəfindən inşa edilən bulağın dünən açılışı olub.
“Bölgənin Səsi” saytının məlumatına görə, bu təşəbbüsü adının çəkilməsini istəməyən kənd sakini irəli sürüb. Həmçinin, o, bulağın çəkilməsi üçün lazım olan xərci də öz üzərinə götürüb.










