Maraqlı

ORQANİZMDƏ DAĞINIQLIQ və XAOS -nə etməli?- ELNUR NEMƏTOVUN yazısında

27 iyun / 22:39 3 dəq
Elnur123
27 iyun / 22:39
Burada sizin reklamınız ola bilər

Bədənimizin çox mürəkkəb və incə nizamlanmış bir sistem olduğunu yəqin ki, hamımız bilirik. Əgər daxildə hər şey öz yerində və qaydasında işləyirsə — biz enerjili, gümrah və sağlam oluruq.

Amma xaotik qidalanma, nizamsız həyat tərzi, stress və yuxu rejiminin pozulması bizi iki fərqli, amma bir-biri ilə əlaqəli problemə yaxınlaşdırır:
Dağınıqlıq və Xaos.

Bəs bu iki anlayış arasında fərq nədir?

Orqanizmdə dağınıqlıq — yəni, orqanlar öz yerindədir, lakin bədən daxilində biokimyəvi proseslər tam qaydasında getmir.
Enerji mübadiləsi zəifləyir, qidalar tam mənimsənilmir, vitamin və mineral çatışmazlıqları yaranır, yuxu keyfiyyəti aşağı düşür, ümumi gücsüzlük və əhvalın enməsi hiss olunur.
Bu vəziyyəti belə təsəvvür edək: evimizdə hər şey var, amma əşyalar səliqəsiz və nizamsız yığılıb, nəticədə axtardığımız şeyi tapmaq çətinləşir və ev bizi narahat edir.
Xaos isə — sanki ev artıq uçuq-sökük vəziyyətdədir, əşyalar qırılıb, sistem tam çöküb. Bədənimizdə bu zaman maddələr mübadiləsi ciddi şəkildə pozulur, hormon balansı dağılıb, həzm sistemi zəifləyib, immun sistem müdafiə qabiliyyətini itirib.
Nəticədə isə aşağıdakı siqnallar ortaya çıxır:
Xroniki yorğunluq
Həzm problemləri
İdarəolunmaz çəki artımı və ya səbəbsiz arıqlama
Dəri problemləri
Zəif immunitet və tez-tez xəstələnmə
Hormon pozğunluqları və enerji çatışmazlığı
Bəs bu vəziyyəti necə dəyişmək olar?
Əgər sadəcə dağınıqlıq varsa — bədən öz balansını daha asan bərpa edir.
Sağlam və sistemli qidalanma, su balansının qorunması, bədənə hərəkət vermək və psixoloji rahatlıq bu mərhələdə kifayət edir.
Əgər artıq xaos yaranıbsa — bədəni mərhələli şəkildə bərpa etmək lazımdır.
Bu proses qısamüddətli deyil və təkcə sintetik dərmanlara arxalanmaqla həll olunmur.
Əksinə, təbii və funksional qida zənciri quraraq, su balansının bərpası və düzgün hərəkət planı sayəsində bədəni yenidən qurmaq mümkündür.
Bəli, bədən özünü bərpa etmək gücünə malikdir.
Amma bu o demək deyil ki, biz bədəni dağınıq və xaotik vəziyyətə salaq, sonra da gözləyək ki, özü bir möcüzə kimi düzəlsin.
Bunun ücün peşəkar nəzarəti ilə uyğun şərait yaratmaq lazımdır.
Əks halda, hər gün bədənimizin bizdən necə qisas aldığının şahidi olacağıq.
Hörmətlə, Nutrisolog Elnur Nemətov
Paylaş
Burada sizin reklamınız ola bilər