Hadisə

Oqtay Şirəliyev vəfat edib

3 oktyabr / 19:25 1 dəq
Oqtay Şirəliyev
3 oktyabr / 19:25
Burada sizin reklamınız ola bilər

Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib.

Qerbxeber.com-un xəbər verir ki, o, bu gün 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.

Xatırladaq ki, Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. 1967-1973-ci illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu “Müalicə işi” ixtisası üzrə bitirib. Bir sıra xəstəxanalarda və vəzifələrdə çalışan O.Şirəliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci il oktyabrın 20-də səhiyyə naziri təyin olunub, 2021-ci il aprelin 23-dək bu postda çalışıb.

O, 2015-ci il avqustun 12-də səhiyyənin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər