Ölkənin Səhiyyə siyasətini yalnız Səhiyyə nazirliyi həyata keçirməlidir-tanınmış həkim Məzahir Şəmkirli
Tibb institutunda təhsil aldığım illər də daxil olmaqla 49 ildi ki,səhiyyə sahəsində çalışan biri kimi səhiyyəmizin haqqında fikirlərimi bölüşmək istəyirəm….
Sovet dövründə 1977-1991…14 ildəki tələbə-həkimlik illəri yadıma salıram….özünün eybəcərlikləri ilə yanaşı humanistlik payı məncə daha üstün idi….indikinə nisbətən insanların güvən hissi daha çox idi…necə deyərlər humanizm can vermirdi…yaşayırdı…doğrudur o vaxtlar bu qədər informasiya almaq imkanlarımız olmasa da əksər hallarda üzücü olmayan xəbərlər eşidirdik,eşitdirirdik…
Sovet sərhədlərini aşmaq imkanlarımız olmasa da qane edici həyat tərzimiz vardı…tibbi-texniki imkanlarımız bu günlə təbii ki,müqayisə edilə bilməz….dərman təchizatı, dərman etibarlılığı indikindən üstün idi…(özəl strukturlar yox idi…) bu günkü dövlət xəstəxanalarından üstün idi…məsuliyyət hissi,çəkinmə hissi indikindən üstün idi…oğurluq,korrupsiya belə bayağı deyildi….
Postsovet respublikaları-müstəqil dövlətlərin sırasında əhali sayı na görə altıncı yerdəyik..bu dövlətlərin hər birinin səhiyyə siyasətini araşdırıb bu qənaətə gəldim ki,doğurdan da anoloqumuz yoxdur…Belə ki,təqribən 10 milyon (ən azından üçdən biri ölkədə yoxdur) əhalisi olan ölkənin səhiyyə siyasətinə kimin cavabdeh olduğu müəmmalı şəkildədir….hansı ağılnan bilmirəm yaradılmış TƏBİB adlı qurum əhalinin konstitusiyada təsbit olunmuş sağlamlıq hüququnu açıq-aşikar tapdamaqla məşğul olub illərcə…statuslarımı izləyənlər bilir ki,mən yıxılana balta vurmuram heç vaxt…həmişəki mövqeyimdir….bu günlərdə vəzifələrdən atılanlar-tutulanlar üçün yazmıram…Ümumilikdə reallıqlar haqqında subyektiv fikirlərimi bölüşmək istəyirəm:
Vaxtilə bir düşərgədə olduğumuz indiki müstəqil dövlətlərin heç birində TƏBİB-ə bərabər qurum yoxdur…hər birində Səhiyyə Nazirliklərinin tərkibində-tabeliyində müxtəlif sahələrə cavabdeh qurumlar var…və bunlar bir mərkəz qarşısında cavabdehlik daşıyırlar….daha orda dövlət səhiyyəsini TƏBİB kimi sözün əsil mənasında özəlləşdirən,daha doğrusu qeyri etik səslənsə də əlləşdirən bir qurum YOXDUR!!! Vətəndaşları bu hala salınan bir ölkə yoxdur…Xəstənin həkim və müalicə müəssisəsi seçmək hüququ əlindən alınıb...
Bilənlər bilir…əgər altıncı-bazar günlərində təcili-təxirəsalınmaz bir hadisə baş verərsə sığorta üçün müraciətə ” istirahət günləri işləmirik, basın barmağınızı saxlayın qanınızı,çalışın birinci günəcən ölməyin” cavabı alacaqsınız….yaxud, xəstəni təcili yardım maşınları özəl klinikalara aparmaq ixtiyarına sahib deyillər….nə isə…sadalayım nə qədər istəsəniz….nə faydası…TƏBİB elitasının bir çoxu ayrı-ayrı özəl klinikaların himayədarlığını biznes məqsədilə reallaşdırırlar….
Müxtəsər:
1-Səhiyyə siyasətini bu balaca ölkədə bir qurum həyata keçirməli-Səhiyyə Nazirliyi!!!
2-Müalicə müəssisəsələrinə- istər özəl,istərsə də dövlət strukturlarına nəzarəti, idarəni bir qurum etməli-Səhiyyə Nazirliyi…
3-Tibbi təhsilə,təkmilləşdirilməyə Səhiyyə Nazirliyi cavabdeh olmalıdır…
4-Alternativ idarəetmənin yaratdığı xaosa son qoyulmalıdır!!! TƏBİB arxivə atılmalı,bu biabırçı səhifə qapanmalıdır!!!
Böyük əksəriyyətiin sıxıntılar içində olduğunu nəzərə alıb əlaqədar orqanlar hərəkətə keçməlidirlər…..
P.S .bu günlərdə həmkarlarımızdan biri,MM üzvü bir maraqlı (məncə paradoksal) fikir söylədi: “Səhiyyəmizin son dörd ilini qızıl dövr adlandırmaq olar”….P.S.S….cəsarətli həmkarlarıma müraciətim….münasibətlərinizi görmək istərdim….




