Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Qərb Xəbər TV

Ölkə ərazisində müşahidə olunan mülayim havanın səbəbi açıqlanıb

4 dekabr / 16:17 2 dəq
Hava
4 dekabr / 16:17
Burada sizin reklamınız ola bilər

“Son günlər ölkə ərazisində mülayim hava şəraiti müşahidə olunur. Bunun əsas səbəbi cənubdan ölkəmizə daxil olan isti hava dalğasıdır”.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O deyib ki, dekabrın 3-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23 dərəcəyə çataraq çoxillik iqlim göstəricilərindən 7,3 dərəcə yüksək olub. Mülayim hava şəraiti dekabrın 4-də də müşahidə olunur: “Dekabrın 5-i səhərdən ölkə ərazisində havanın dəyişəcəyi, Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir. 6-sı axşamdan 7-si axşamadək isə arabir yağış yağacağı ehtimal olunur. Bu da temperaturun bu günlərlə müqayisədə 3-5 dərəcə enməsinə səbəb olacaq”.

Xidmət rəisinin sözlərinə görə, bölgələrdə arabir güclənən qərb küləyi əsəcək, küləyin sürəti 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s qədər güclənəcək. Dekabrın 5-i axşamdan 6-sı gündüzədək əsasən şərq rayonlarında, 6-sı axşamdan 7-si axşamadək isə əksər rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.

 

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı