Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Nikol “Zəngəzur Ermənistandır” desə, batdıq – Xaçikyan

5 oktyabr / 13:06 2 dəq
118698255 pashinyan21
5 oktyabr / 13:06
Burada sizin reklamınız ola bilər

Ermənistan hakimiyyəti bir dəfə demişdi: “Qarabağ – Ermənistandır və nöqtə”. Bundan sonra biz Qarabağı itirdik. Allah eləməsin ki, hakimiyyət “Zəngəzur – Ermənistandır və nöqtə” desin.

“Qərb Xəbər” məlumat verir ki, bu sözləri erməni mediasına açıqlamasında politoloq Artur Xaçikyan deyib.

“Biz bu qədər aşağılanmış vəziyyətdə olmamışıq. Türkiyə, İran, Azərbaycan Ermənistandan keçən dəhlizi İrəvan olmadan müzakirə edir. Türkiyə və Azərbaycan aqressiv formada dəhliz tələb edir: sən demə, dəhliz ən azı ikidir və bunlar strateji mahiyyət daşıyır”, – o bildirib.

Xaçikyan qeyd edib ki, Azərbaycan dəhlizdən heç də az aqressiv olmayan tərzdə Ermənistana 300 min azərbaycanlının qaytarılmasını tələb edir:

“Onların ardınca Azərbaycan polisi gələcək. Bundan başqa, onlar AES-in bağlanmasını tələb edirlər – istəyirlər, daş dövrünə qayıdaq. Həm də “erməni soyqırımı”ndan imtina etməyimizi də tələb edirlər”.

O iddia edib ki, dəhlizin açılmasından sonra təxribat təşkil ediləcək və ardınca Azərbaycan Ordusunun Ermənistan ərazisinə girməsinə şərait yaradılacaq.

Onun sözlərinə görə, Qərb dəhlizin açılmasında maraqlıdır, çünki Azərbaycan onda NATO üzvü olan Türkiyə ilə birləşəcək.

Xaçikyan Qərbin Ermənistana yardım etməyəcəyini, İranın da hərbi müdaxiləyə getməyəcəyini vurğulayıb:

“Ermənistan hakimiyyəti başqalarının maraqlarına xidmət edir, sözdən başqa bir şey verməyən Qərbi razı salmağa çalışır”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı