Images (81)
PKK özünü ləğv etdi
John bolton 900x600
Rusiya Trampla şanşlarını həddən artıq sınayır-Con Bolton
Tramp
Prezident Tramp Yaxın Şərq turuna çıxır
Erdogan putin 1
Ərdoğan Putinə Türkiyənin Rusiya və Ukrayna arasında sülh danışıqlarına vasitəçilik etməyə hazır olduğunu bildirib
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Azərbaycan ədəbi dilinin gələcəyi: Pezeşkian Cavad Miriyə həvalə etdi – Biz nəyi gözləyirik?

10 ay ago
A A
Pezeskian

İranın yeni prezidenti Məsud Pezeşkian ölkə konstitusiyasının 15-ci maddəsini tətbiqi ilə bağlı komitə yaradıb və komitəyə rəhbərlik tanınmış sosioloq alim Cavad Miriyə həvalə edilib. Yayılmış məlumatda qeyd edilir ki, C.Miri bu posta keçmiş fəaliyyətinə əsasən təyin olunur.

Xatırladaq ki, İran konstitusiyasının 15-ci maddəsi “məhəlli və tayfa dillərində” mətbuat və təhsil hüququ tanıyır.

Həmin maddənin tətbiqi ilə bağlı 90-cı illərdə də müəyyən təşəbbüslər olsa da, ciddi uğur gətirməmişdi. 2013-cü ilin prezident seçkisi kampaniyası zamanı Həsən Ruhani Şərqi və Qərbi Azərbaycan vilayətlərinin əhalisinə vəd etmişdi ki, seçilərsə, onlara İran Konstitusiyasının 15-ci maddəsindən faydalanmaq imkanı veriləcək. H.Ruhani həmçinin Azərbaycan Dili və Ədəbiyyatı Akademiyasının yaradılacağını bildirmişdi. Fars dili və ədəbiyyatı üçün belə bir qurum çoxdan mövcuddur. Amma paniranistlər konstitusiyanın həmin maddəsinin yalnız azlıq kimi tanınan dini icmalara (erməni və yəhudilərə) şamil edildiyini deyir, müsəlman icmalara, xüsusən azərbaycanlılara belə haqqın tanınmasını istəmirdilər.

Son zamanlar, xüsusən II Qarabağ savaşının İran azərbaycanlıları arasında milli özünüdərki gücləndirməsindən sonra keçirilən aksiyaların əsas şüarlarından biri ana dilində təhsil idi (“Ana dildə mədrəsə, olmalıdır hər kəsə!”). Bəzən bu tələblər 1946-cı ildə qurulmuş Pişəvəri hökumətini anma çağırışlarını da ehtiva edir (“Azadlıq, ədalət, milli hökumət!”) ki, bu, İran siyasi sistemi üçün arzuolunmaz bir haldır.

Bəs yaradılan komitəyə təyin olunacaq şəxs kimdir və niyə onun keçmişdəki fəaliyyəti xüsusi vurğulanır?

C.Miri barədə biblioqrafik məlumatlara görə, ata xəttilə Şimali Azərbaycan və Şimali Qafqazla bağlıdırlar. Ailənin ana xətti ilə rus qarışığı da var. C.Mirinin babası Pişəvəri hökumətində təmsil olunmuş, hökumətin generallarından biri olmuşdu.

C.Miri özü isə dini sosiologiya və Əli Şəriəti irsinə dair tədqiqatları ilə tanınır. İrandakı dini rejim islam inqilabının ideoloqlarından olmuş Əli Şəriətini 80-90-cı illərdə unutdurmağa çalışanda, bu tədqiqatlar maraqla qarşılanırdı. Elmi tədqiqatlarında müəyyən sərbəstlik onun əsərlərinin bir çoxunu İsveçdə dərc etməsi, həm də İsveç alimi kimi tanınması sayəsində mümkün olub.

C.Mirinin daha bir fəaliyyəti isə 2022-2023-cü illərdə diqqət çəkmişdi. O, Təbrizdə bir qrup azərbaycanlı ziyalının Türk (Azərbaycan) dili Akademiyası (Fərhəngestane-zəbane-torke (azərbaycane) yaratmaq təşəbbüsündə iştirak etmişdi. Bu təşəbbüs “azeriha” kimi paniranist nəşrlər tərəfindən kəskin tənqid edilmiş, həmin ziyalılar separatizmdə suçlanmışdı.

İslahatçılara yaxın “Ensafnews” isə C.Miri ilə əks mövqedə olan paniranistlərin debatını təşkil etmişdi. Paniranistlər ənənəvi tezislərini səsləndirir, Azərbaycan dili akademiyasının təsis edilməsini “vahid irani kimliyini” dağıdacağını deyir, azərbaycnalıların “üç min illik irani mədəni kökləri” haqda cəfəngiyatlarını təkrarlayırdılar. İranşəhri tərəfdarlarının “pantürkizmin güclü səsi” adlandırdığı C.Miri onlara cavabında türk-Azərbaycan dilinin bölgədə ərəb və fars dilləri ilə yanaşı tarixən mövcud olduğunu, öz tarixi ədəbi ənənələri olan dilin qorunmasının İranın ərazi bütövlüyünü təhdid etməyəcəyini bildirmişdi. O zaman bu fəaliyyət haqda qısa məlumatlar təqdim etmişdik.

Bəs dil akademiyaları nədir və hansı funksiyanı daşıyırlar?

Dünyada dil akademiyaları daha çox rəsmi dilləri, eləcə də ölkə ərazisində qanunla tanınan və ədəbi ənənələri olan dillərlə bağlı dövlət siyasətini həyata keçirir, dildə yenilikləri qeydə almaq, gedən prosesləri tənzimləmək, qrammatikanın və terminlərin unifikasiyasını (ümumiliyini, vahidliyini) təmin etməklə məşğul olur. Şimali Azərbaycanda bu siyasəti əvvəllər İstilah Komitəsi, hazırda isə müəyyən qədər Nəsimi adına Dilçilik İnstitutu və digər qurumlar həyata keçirir. Müəyyən qədər ona görə deyirik ki, heç bir quruma dövlət dil siyasətini həyata keçirəcək geniş səlahiyyətlər verilməyib, Terminologiya Komissiyasının, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin, Tərcümə Mərkəzinin və Dilçilik İnstitutunun bu sahədə fəaliyyətlərini necə uzlaşdırmaları qeyri-müəyyəndir, üstəlik, o fəaliyyətlər haqda cəmiyyətdə yetərincə ciddi irad və suallar da var.

Daha çox təəssüf doğuran odur ki, bizdə dil siyasətinə məsul qurumlar Azərbaycan dilinin vahidliyinin qayğısına qalmayıblar, bu istiqamətdə hər hansı ciddi təşəbbüsləri yoxdur. Bu qurumlar çox zaman siyasi trendlərə ayaq uyduraraq ortaq türkcə müzakirələrində fəaldırlar, ortaq türkcə naminə orfoqrafiyamızda qoşa “y“ samitli sözlərin bir “y” ilə yazılmasını təklif ediblər və s. Dillə bağlı hansısa addım atılanda Cənubi Azərbaycanda yaşayan 10 milyonlarla soydaşımızla anlaşmanın qorunması kimi bir xətt gözlənməyib. Dəyişikliklərin tədricən dilimizin Cənub versiyası (versiyaları) ilə Şimali Azərbaycandakı versiyasının iki idioma çevrilməkdə olduğu nəzərə alınmayıb. Terminlərin və qrammatik qaydaların unifikasiyası, birgə lüğətlərin çap olunması üçün təşəbbüslər göstərilməyib. Cənubi Azərbaycanın hər vilayəti üçün xüsusi dil standartları (torke əyare) hazırlanmasına reaksiya verilməyib. Nəinki reaksiya verilməyib, Ərdəbil imamcüməsinin təşəbbüsü ilə bu standartların tətbiqi məqsədilə keçirilən elmi toplantılarda şimali azərbaycanlı alimlər iştirak edib və zərərli tendensiya əleyhinə bircə kəlmə də fikir səsləndirməyiblər.

Arayış üçün xatırladaq ki, idiom linqvistik nöqteyi-nəzərdən vahid dilin iki və ya daha çox dialektinin sırf siyasi səbəblərdən fərqli dillər kimi qəbul edilməsi, fərqli terminologiya və bəzi fərqli qrammatik normalardan istifadə etməsi nəticəsində meydana gələn ədəbi dillərə deyilir. Nümunələr – indiki hindi (Hindistanın rəsmi dili) urdu dilinin nisbətən sanskrit terminləri bol olan, ənənəvi brəhmən əlifbasından istifadə edən versiyası kimi yaranıb, amma get-gedə daha çox müstəqilləşib və indi dünyada urdu dilindən daha çox tanınır. İspaniya və Fransada katalan vilayətlərində katalan dilinin fərqli dialektləri ədəbi dil kimi istifadə edildiyindən, dilin vahidliyi parçalanıb və s.

İndi İrandan yaranacaq yeni komitənin fəaliyyəti Azərbaycan Respublikasındakı dil siyasəti ilə uzlaşdırlımasa, termilərin unifikasıyasına təşəbbüslər göstərilməsə, İranda tədricən ikinci dil statusunu bərpa edən Azərbaycan (türk) dili ilə Azərbaycan Respublikasındakı Azərbaycan ədəbi dilinin iki fərqli dilə çevrilməsi qaçılmazdır.

Bir dilin daşıyıcıları müxtəlif ölkələrdə yayılıbsa, ədəbi dillə bağlı yuxarıda qeyd etdiyimiz arzuolunmaz perspektivdən qaçmaq üçün tez-tez birgə elmi konfranslar keçirilir, orfoqrafiyanın, terminlərin, qrammatik normaların vahidliyinin gözlənməsi ilə bağlı ortaq qərarlar qəbul edilir. İndi ortaq türkcədən daha çox Azərbaycan ədəbi dilinin vahidliyini qorumaq daha aktual olmalıdır. Nəzərə alaq ki, söhbət hansısa süni dildən deyil, dövlətimizin rəsmi dilinin taleyindən gedir.

Cəmaləddin Quliyev, siyasi ekspert

Son xəbərlər

Indir 2025 05 13t134323.988

Putin İstanbula getmədi

13 May 2025
Images (87)

Gürcüstan Parlament “MEGOBARI Aktı”na cavab bəyanatı hazırlayıb

13 May 2025
Images (86)

MÜTDA: “Son zəng”lə bağlı məktəblərə bildirişdər göndərilib

13 May 2025
Indir 2025 05 13t131813.193

4-6-cı sinif şagirdləri üçün monitorinq imtahanı olacaq

13 May 2025
Indir 2025 05 13t131319.699

İyunda müəllimlərin növbəti sertifikasiya imtahanı keçiriləcək

13 May 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.