İsrailin Baş naziri Benyamin Netanyahu girovları azad etmək üçün ABŞ-ın HƏMAS-la razılaşmasından imtina edib.
“Qərb Xəbər” bildirir ki, bu barədə tanınmış amerikalı jurnalist Seymur Herş mənbələrə istinadən məlumat yayıb.
“ABŞ-ın tələbi 71 girovun azad edilməsini nəzərdə tuturdu. Bu hesabla bağlı razılıq əldə olundu, lakin HƏMAS müharibənin beş günlük dayandırılmasını israr etdi. Bu, Netanyahu tərəfindən dərhal rədd edildi”, – Herş bildirib.