Sosial

Nazirlik: Yol nişanları və yolların xətlənməsi ilə bağlı problemlər var

11 mart / 13:27 1 dəq
65eeca7d81a7665eeca7d81a77171014822165eeca7d81a7465eeca7d81a75
11 mart / 13:27
Burada sizin reklamınız ola bilər

“Yol nişanları və yolların xətlənməsi ilə bağlı problemlər var”.

Qerbxeber.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Nazir müavini bildirib ki, bizim milli standartlarımız olmayıb: “Hazırda bu standarta uyğun yol nişanları və boyaların hazırlanması gedir. Biz bu standartları ötən il noyabr ayında qəbul edə bildik. Xüsusilə tıxaclar zamanı 3 zolaqlı yolda 6 zolaqda avtomobillər hərəkət edir, bu da tıxacın daha da şiddətlənməsinə səbəb olur. Bakının bütün, ilk olaraq əsas yollarında düzgün mütəxəssis rəyləri ilə yol nişanları qoyulacaq. Boya düzgün vurulmayanda istədiyimiz nəticələri ala bilmirik”.

Paylaş
Burada sizin reklamınız ola bilər