Sosial

Nazir müavinləri vətəndaşları qəbul edəcəklər

18 iyul / 11:03 2 dəq
27cdbbd4 662c 44a1 9b08 d60e2992288e
18 iyul / 11:03
Burada sizin reklamınız ola bilər

Sabah, saat 11:00-da İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Qusar şəhəri, Mirzə Vəliyev küçəsində yerləşən Heydər Əliyev Mərkəzində Qusar rayonundan olan vətəndaşları, digər nazir müavini Sahib Məmmədov isə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində Xaçmaz rayonundan olan vətəndaşları qəbul edəcək.

Bu barədə nazirlik məlumat yayıb.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün office@economy.gov.az elektron poçt ünvanı, (012) 493-14-56, (012) 310-28-00 (daxili 21-79) və (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Quba-Xaçmaz regional bölməsi (əlaqələndirici şəxs Mətləb Cəfərov, əlaqə telefonu: (023) 326-83-16, (050) 235-01-50, elektron poçt ünvanı: matlab.cafarov@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet səhifəsində xüsusi olaraq yaradılmış “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölməsi və facebook vasitəsilə də qəbula yazıla bilərlər.

Paylaş
Burada sizin reklamınız ola bilər