Kateqoriyasız

Naxçıvan istiqamətində atəşkəs pozulub, yaralı var

28 may / 11:19 2 dəq
60af4d512c48b60af4d512c48c1622101329edf5a0233d9f8912d8762070be7b3685
28 may / 11:19
Burada sizin reklamınız ola bilər

Mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən Azərbaycan mövqeləri Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nəticədə hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Hərbi qulluqçunun həyatı üçün heç bir təhlükə yoxdur.

“Müdafiə Nazirliyinin rəhbərliyi yaralı əsgərin tezliklə şəfa tapmasını diləyir.

Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin cavab atəşi ilə qarşı tərəf susdurulub. Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır.

Bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan sahəsində vəziyyətin nisbi gərginləşdirilməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Ermənistan tərəfini təxribatlar törətməkdən, vəziyyətin gərginləşməsinə səbəb olacaq digər addımlardan çəkinməyə və məsuliyyətli davranmağa çağırırıq”, – Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər