Dünya

NATO müttəfiqləri Ukraynaya sürətli silah tədarükünün yollarını arayırlar

12 iyul / 09:40 2 dəq
Patriot raketləri
12 iyul / 09:40
Burada sizin reklamınız ola bilər

NATO ölkələri Ukraynanın Rusiyaya qarşı mübarizəsi üçün kritik ABŞ silahlarının tədarükü məqsədilə yeni üsul hazırlayıb.

Qerbxeber.com bildirir ki,bu barədə APA “The New York Times“-ə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, variantlardan biri Avropada Müttəfiq Qüvvələrin Ali Baş Komandanı general Aleksus Qrinkeviçin rəhbərliyi altında Avropada xüsusi hesabların yaradılmasıdır.

Bu yolla onlardan silah və sursatların ödənişi üçün istifadə olunacaq, daha sonra üçüncü ölkələr vasitəsilə Ukraynaya göndəriləcək.

“Əsas məqsəd silahın istehsalını gözləmək deyil, Çexiyanın ABŞ-ın və digər ölkələrin anbarlarından və ya dünyanın müxtəlif bölgələrindən 155 mm-lik artilleriya mərmiləri aldığı kimi artıq mövcud ehtiyatlardan istifadə etməkdir.”, – məqalədə deyilir.

Burada əsas məsələ müttəfiqlərin də Ukraynaya öz silahlarını verə bilməsidir. Belə ki, Almaniya Ukraynaya göndərilən 3 “Patriot” HHM sistemini əvəz etmək üçün ABŞ-dan 8 “Patriot” sistemi alıb.

Məlumata görə ABŞ prezidenti Donald Tramp onların Ukraynaya tədarük etmələri şərtilə NATO müttəfiqlərinə silah satmağı planlaşdırır.

“Axios”un mənbələrinin məlumatına görə, bu sxem NATO-nun bu yaxınlarda keçirilən sammitində təklif edilib və Ukrayna və Avropa müttəfiqləri ilə müzakirə edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər