Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Natiq Cəfərli: “Azərbaycanda qiymət artımı getdikcə sürətlənəcək”

22 iyun / 12:34 3 dəq
Natiqjpg
22 iyun / 12:34
Burada sizin reklamınız ola bilər

Məlumata əsasən, Azərbaycanda şəkər tozunun topdan satış qiymətində artım qeydə alınıb. Bakıda şəkər tozunun 50 kiloqramlıq bir kisəsinin qiyməti 75 manata təklif olunur. İndiyədək həmin məhsul 67 manata satılırdı. Bölgələrdə isə 50 kiloqramlıq şəkər tozunun bir kisəsinin qiyməti 50-75 manat arasında dəyişir.
Məsələ ilə bağlı “QərbXəbər”ə iqtisadçı Natiq Cəfərli danışıb.

Onun sözlərinə görə, hökümət qiymətin aşağı düşməsinə nail olmaq üçün ciddi addımlar atmır: “Ərzaq infilyasiyası Azərbaycanda 20%- dir. Dünyada gedən proseslərin müxtəlif istiqamətlərdə təsiri olur. Əsasəndə ərzaq istiqamətində təsirləri azaltmaq, yaxud da orta və uzun vadəli ən dayanıqlı üsul təbii ki, yerli istehsalın artırılmasıdır. Amma bununla bağlı 20-30 ildir danışılır. Lakin yerli istehsalın nəzərə çarpacaq dərəcədə artmaqda şahidi olmuruq. Hətda yerli istehsal adı altında bazarda olan bir çox məhsulların tərkibi xaricdən gətirilir. Burada qablaşdırılır və yerli istehsal kimi bazara çıxarılır. Bu çaya, şəkər məhsullarına, qəndə, şəkər tozuna və süd məhsullarına aiddir. Yəni bunların bir çoxu yerli istehsal adı altında satışa çıxarılıb amma tərkibi xaricdən gətirilmiş məhsullardan ibarətdir”.

İqtisadçı bildirir ki, yerli istehsalın artırılmasına diqqət ayrılsa bu kifayət qədər qiymətlərə təsir göstərəcək: “Bu həm Azərbaycanın ərzaq təhlükəsizliyinə, həm daxili bazarın qorunmasına və daha yaxşı təmin olunmasına, həm də ixracat potensialının artırılmasına şərait yaradır. Amma, təəssüf ki, bununla bağlı ciddi bir irəliləyiş olmadığına görə bizə indi hansısa dönəmdə effekt verə biləcək addımlara da ehtiyac var. Bazarın daha liberallaşmasıdır, rəqabətin artmasıdır. Eyni zamanda müəyyən vergi və gömrük güzəştlərinin tətbiq olunmasıdır. Bütün bu addımlar atılsa əgər heç olmasa Azərbaycanda qiymət artımının sürətini azaltmaq olar. Buda onu deməyə əsas verir ki, Azərbaycanda qiymət artımının alqoritmi getdikcə artacaq. Təəssüf ki, yaxın günlərdə, yaxın həftələrdə hətta dünyada da baş verən hadisələri nəzərə alaraq qiymət artımının sürətinin artdığının şahidi olacayıq”.

Vüsalə Kərimova

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı