Münhen Təhlükəsizlik Konfransı işə başlayıb.
“Qərb Xəbər” xəbər verir ki, 30-dan artıq ölkənin dövlət və hökumət başçıları, 100-dək xarici işlər, müdafiə nazirinin iştirak etdiyi tədbirin bir hissəsi onlayn formatda keçiriləcək.
Konfransın gündəliyində koronavirus pandemiyası, Ukrayna və Əfqanıstanla bağlı vəziyyət, iqlim dəyişikliyi yer alıb.
58-ci dəfə keçiriləcək konfrans işini fevralın 20-də yekunlaşdıracaq.