Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Xəbər

Agentlik: Şuşaya 40 nəfərdən ibarət ilk turist səfəri təşkil olunub – FOTO

18 mart / 19:02 2 dəq
6415c9b728e7e6415c9b728e7f16791494946415c9b728e7c6415c9b728e7d
18 mart / 19:02
Burada sizin reklamınız ola bilər

Martın 18-də Şuşa şəhərinə ilk turizm məqsədli səfər təşkil olunub.

Bu barədə “Qərb Xəbər”ə Dövlət Turizm Agentliyindən bildirilib.

Qeyd edilib ki, 40 nəfərdən ibarət olan ilk heyət səfər zamanı Füzuli Beynəlxalq Hava Limanı, Füzuli rayonunda Anım Gününə həsr olunmuş xatirə lövhəsi və şəhərin mərkəzindəki dağıntılarla yaxından tanış olublar.

Təşkil olunan iki günlük tur çərçivəsində yerli turistlər Şuşa şəhərində Cıdır düzünü və Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksini ziyarət edib, Şuşa qalası, Şuşa qalasının Gəncə qapısını və “Xarı Bülbül” simvolunu, Yuxarı Gövhər Ağa məscidini, Aşağı Gövhər Ağa məscidini, eləcə də Bülbülün ev-muzeyini, Çuxur məhəllədə yerləşən abidələri, Merdinli məhəlləsini, Sadıqcanın evini, “Güllələnmiş büstlər” olan meydanı, Xurşidbanu Natəvanın sarayını, şairənin vəsaiti hesabına inşa edilmiş bulağı, Üzeyir Hacıbəylinin heykəlini və Natəvanın malikanəsinin ərazisini ziyarət edəcəklər.

Xatırladaq ki, layihə “Böyük Qayıdış” siyasətinin tərkib hissəsi olmaqla, 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mədəniyyət paytaxtına təhlükəsiz turizm səfərlərinin təşkilini, habelə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılmasını hədəfləyir.

2 və 3 günlük turlar həftədə bir dəfə olmaqla icra ediləcək. Növbəti mərhələdə turların sayının tələbə əsasən artırılması nəzərdə tutulur.

Turlarda iştirak etmək istəyən vətəndaşlar turizm şirkətlərinə müraciət edə bilərlər.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı