Müharibə hərbi yolla bitəcək..
Ukraynadakı münaqişənin Kiyevin xeyrinə başa çatmayacağı ehtimal olunur və prosesin diplomatik deyil, məhz hərbi yolla həll olunacağı gözlənilir.
Qerbxeber.com xəbər verir ki, bu fikirləri ABŞ-nin Çikaqo Universitetinin professoru, beynəlxalq münasibətlər üzrə tanınmış ekspert Con Mearsheimer İsveçrənin “Die Weltwoche” jurnalına verdiyi müsahibədə səsləndirib.
“Düşünürəm ki, həm mənəvi, həm də strateji baxımdan Ukrayna üçün ən doğru qərar müharibəni bitirmək olardı”, – deyə Mearsheimer bildirib.
Onun sözlərinə görə, münaqişənin diplomatik yollarla həll olunması real görünmür: “Bu müharibə hərbi yolla başa çatacaq, lakin Ukraynanın xeyrinə olmayacaq”.
Mearsheimerə görə, Kiyev hazırda yaxşı alternativlərə sahib deyil və ən pis ssenarilər arasında seçim etməli olur.
Onun fikrincə, münaqişəyə son qoymaq Ukrayna üçün daha çox ərazi və insan itkisinin qarşısını almaq baxımından ən az ağrılı yol ola bilər. Lakin professor qeyd edir ki, nə Ukrayna Prezidenti Vladimir Zelenski, nə də Avropa ölkələrinin liderləri bu yanaşmanı qəbul edirlər.




