Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Müdafiə Nazirliyindəki müdhiş həbslər yeni dönəmin başlanğıcıdırmı? – Ekspert yanaşmaları

11 ay ago
A A
ee5cf63a99c61928909b91aa8a7b12ad

Azərbaycan Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov həbs olunub.

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyində maliyyə pozuntularının aşkarlanması ilə bağlı Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov barəsində həbs qətimkan tədbirin seçilməsi üçün istintaq orqanının təqdimatına baxılıb.

Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib, C. Kazımov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C. Kazımov 3 milyon manatdan çox mənimsəmədə ittiham edilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin şöbəsi rəisi Rafael Xəlilov, “N” hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu saxlanılıb. Onların barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.

“Qərb Xəbər”in məlumatına görə, ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Cebhe.info-ya bildirib ki, bu həbslər davamlı olacaq:

“Əgər bu proses bu şəkildə davam edirsə, yəqin ki, davamı da gələcək. Belə başa düşürəm ki, bu məsələ 5 nəfərlə yekunlaşmayacaq. Artıq yüksək rütbəlilər də dindirilir, ifadə verilir. Kimin məsuliyyəti nə olacaqsa, o məsuliyyətə əsasən də cavab verməli olacaq. Müdafiə Nazirliyində baş verənlər 44 günlük Vətən savaşından sonra xoşagəlməz haldır”.

Ekspert qeyd edib ki, saxlanılanlar indiki yox, daha əvvəlki xidmətlərinə görə saxlanılıblar: “Quru Qoşunlarının maliyyə idarəsinin rəisi Bayram Bayramovun həbsi indiki fəaliyyəti ilə bağlı deyil, yəni bu vəzifəyə təyin olunana qədər olan xidməti ilə əlaqədardır. Hamı düşünür ki, Quru Qoşunları ilə bağlıdır, amma elə deyilmiş. Mən də hamı kimi düşünürdüm. Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin rəisi Calal Kazımov da artıq xidmətdə deyil, yəni onlar da əvvəlki xidmətlərinə görə saxlanılıblar. Bu həbslərin davamı mütləq olacaq. Çünki milyonları mənimsəmək 4-5 nəfərin işi deyil. Yaşayıb, görərik. Mənim üçün xoşagəlməz bir hadisədir”.

qerbxeber.com

Son xəbərlər

İLHAM SİSİ

Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

28 Yanvar 2023
63d4d70472da263d4d70472da3167489306063d4d70472da063d4d70472da1

QHT-lər İranda Azərbaycan səfirliyinə hücumla bağlı bəyanat yayıb

28 Yanvar 2023
e9f6bb1d-d8d8-48d7-8ed9-c673105164ef

Gürcüstan Azərbaycanlılar Konqresinin (GAK) sədri Hüseyin Yusifovla müsahibə (2-ci hissə)

28 Yanvar 2023
63d3cf8d0655563d3cf8d065561674825613a3fbef7772a69c2c23d881aa1e4d9295

Uşaqlarda ən çox aşkarlanan xəstəliklər açıqlanıb

28 Yanvar 2023
Narkomaniya

DİN: Ötən gün keçirilən əməliyyatlarda 10,2 kq narkotik aşkarlanıb

28 Yanvar 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.