Bölgə xəbərləri

Müəllim, direktor və müavinlərinin maaşlarına aylıq əlavələr müəyyən edilib

18 avqust / 16:22 2 dəq
54254ecb 562c 31a5 92e8 be256799ac6d 850 (2)
18 avqust / 16:22
Burada sizin reklamınız ola bilər

Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” fərman imzalayıb.

“Qərb Xəbər” bildirir ki, fərmana əsasən, 2022-ci il sentyabrın 1-dən dövlət ümümi təhsil müəssisələrinin aşağıdakı rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən edilib:

– direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə);

– təhsilverənlərin (sertifikatlaşdırmanın nəticəsinə görə).

Nazirlər Kabinetinə bu Fərmanın nəzərdə tutulan əlavələrin məbləğlərini 2022-ci il sentyabrın 1-dək təsdiq etmək tapşırılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər