Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

“Zor gücünə olsa belə Qazaxın kəntlərini qaytarmalıyıq” – Şərh

18 avqust / 16:18 3 dəq
Sofulu
18 avqust / 16:18
Burada sizin reklamınız ola bilər

 

“Qazaxın 7 kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur. DSX delimitasiya üzrə müvafiq komissiyada fəaliyyət göstərir”.

Bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri general-mayor Elçin İbrahimov mətbuat konfransında deyib.

O bildirib ki, delimitasiya işi başa çatdıqdan sonra demarkasiya işləri həyata keçiriləcək:

“Daha sonra isə bütün məsələlərdə olduğu kimi, bu məsələ ilə əlaqədar da DSX-nin qarşısına qoyulacaq tapşırıqlar uğurla yerinə yetiriləcək”.

Məsələni “Qərb Xəbər“ə şərh edən “M5 Müdafiə və Strategiya” jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi, hərbi Analitik Alp Arslan İmamqulu bildirdi ki, ruslar terrorist qüvvələri tərki-silah etmək yerinə silahlandırır və təlimlər keçirlər.

62bc241195bd162bc241195bd2165649716962bc241195bcf62bc241195bd0 (1)

“Azərbaycan öz torpaqlarını 28 illik işğaldan azad etdi. Bundan sonra vacib mərhələ başlayır. Bu mərhələ sərhədlərin delimitasiya və demarkasiya olunması prosesidir. Bu delimitasiya prosesində əsas meyarlardan biri odur ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisidir. Bu bizim konstitusiyamızda da göstərilib. Bununla əlaqəli olaraq sərhədlərimiz bolşevik Rusiyasının işğalından əvvəlki vəziyyətinə qaytarılmalıdır. 1920-ci illərdə saxtakarlıq nəticəsində bizim bir sıra ərazilərimiz zəbt olunub”.

Hərbi Analitik, həmçinin qeyd etdi ki, müstəqillik illərimizin ilk illərində işğal edilmiş ərazilər arasında Qazaxın 7 kəndi də var.

“Geri qaytarmaq da sadəcə tələb etməklə olmur. Çünki, torpaqlarmızı azad etsək də, hələ də terrorist qüvvələrin bəzi yerlərdə mövcudluğu var. Biz bu əraziləri qaytarmalıyıq. Bu zor gücünə olsa belə olmalıdır. Çünki, bu Azərbaycan xalqının və dövlətinin tam hüququdur.
Həmin kəntlərdə Rusiya qüvvələrinin toplanması məsələsi isə, onlar işğal altında olan torpaqlarmızda da var idi. Amma, müharibənin gedişatına onlar müdaxil olmadılar. Çünki, bu qanunsuzluq olardı”.

Alp Arslan İmamqulunun sözlərinə görə rusların orada mövcudluğu bizi heç də narahat etməməlidir.

“Biz atdığımız hər addımı beynəlxalq normativlər və hüquqa görə atırıqsa, qarşımızdakı qüvvələr bunu nəzərə alacaqdır. Dırnaqarası Ermənistan Respublikasının siyasi iradəsi ona görə narahatdır ki, rus sülhməramlıları ilə Azərbaycan əsgəri qarşı-qarşıya gəlmədi. Ermənistan rejimi bunu gözləyirdi. Amma, bunu görmədikləri üçün rus sülhməramlılarını ittiham edirlər. Baxmayaraq ki, ruslar 10 Noyabr bəyannaməsinin şərtlərini pozurlar. Onlar terrorist qüvvələri tərki-silah etmək yerinə silahlandırır və təlimlər keçirlər”.

Rahib İsgəndərli

Qərb Xəbər

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı