Dünya

Moskvaya PUA hücumu olub

4 aprel / 09:40 1 dəq
Indir 2025 04 04t093903.543
4 aprel / 09:40
Burada sizin reklamınız ola bilər

Rusiya paytaxtına PUA hücumu olub.

Qerbxeber.com xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

Onun sözlərinə görə, Moskva istiqamətində uçan PUA vurulub.

“Moskvaya uçan PUA vurulub. Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya doğru uçan pilotsuz uçuş aparatının hücumunu dəf edib. Fövqəladə hallar xidmətinin mütəxəssisləri dağıntıların olduğu yerdə işləyirlər”, – Sobyanin öz bloqunda yazıb.

Paytaxt meri şəhərə dron hücumunun davam etdiyini söyləyib.

Rusiyanın “Telegram” kanalları Vnukovo, Domodedovo və Jukovski Hava Limanlarında PUA hücumu ilə əlaqədar “xalça planı”nın tətbiq edildiyi barədə məlumat yayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər