Photo 5298543511051825965 y
Əliməmməd Nuriyev: Konstitusiyamızın 30 illik yubileyində hüquqi islahatlara ehtiyac var.1-ci hissə
Photo 5294453100163233178 y
Xəyal Qarayevdən tövsiyələr – Arıxananın köçə hazırlanması
Photo 5294218749567694401 y
Novella Cəfəroğlu -Qadınların dövlət vəzifələrinə az təyin olunması məni narahat edir
250513 marco rubio ac 956p 007aa1
Biz elə tədbirlər görəcəyik ki, həmin hökumət bunun bədəlini ödəsin
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Moskvada Qələbə Paradında iştirak edəcək Azərbaycan hərbçiləri ilə görüş keçirilib

3 həftə ago
A A
6818a0767926d6818a0767926e17464444066818a0767926b6818a0767926c

Səfir: “Hərbçilərimiz ilk dəfə Qırmızı meydanda ərazilərini və suverenliyini bərpa etmiş Azərbaycanı təmsil edəcəklər”.

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev 2025-ci il mayın 5-də 9 May Qələbə Paradında iştirak etmək üçün Moskvaya gəlmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə görüş keçirib.

Qerbxeber.com APA-a istinadən xəbər verir ki, görüşdə səfir Rəhman Mustafayev çıxış edərək, azərbaycanlı hərbçilərin İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş paradda iştirakın bu savaşda həlak olmuş azərbaycanlı döyüşçülərin xatirəsinə ehtiram kimi qiymətləndirib və hərbçilərimizin bu mühüm beynəlxalq tədbirdə ölkəmizi layiqincə təmsil edəcəklərinə əminlik ifadə edib.

Səfir çıxışında qeyd edib ki, İkinci Dünya müharibəsi və Vətən müharibəsində qələbə Azərbaycan xalqı üçün həm qürur mənbəyidir, həm də milli yaddaşın əsas sütunlarındandır.

Diplomat İkinci Qarabağ müharibəsində qələbəmizdən danışıb: “Siz hərbiçilər reallığı dəyişdirdiniz. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək peşəkarlıq və dəqiqlik göstərərək ərazilərimizi azad etdi”.

R.Mustafayev vurğulayıb ki, Azərbaycan öz balanslaşdırılmış xarici siyasəti ilə regionda sabitliyə mühüm töhfə verir. “Biz bütün qonşularımızla, o cümlədən Rusiya Federasiyası ilə dostluq və strateji tərəfdaşlıq prinsipləri əsasında əməkdaşlıq edirik. Rusiya Azərbaycan üçün müttəfiq dövlətdir və bu gün dünya dəyişdiyi bir vaxtda belə əlaqələrin əhəmiyyəti daha da artır”.

Səfir hərbi qulluqçulara müraciətlə bildirib: “9 Mayda Qırmızı Meydanda Azərbaycan bayrağını aparmaq sizə nəsib olub. Bu, təkcə parad deyil, bu, bizim tariximizi, müstəqilliyimizi və qələbəmizi bütün dünyaya göstərmək fürsətidir. Hərbçilərimiz ilk dəfə Qırmızı meydanda ərazilərini və suverenliyini bərpa etmiş Azərbaycanı təmsil edəcəklər”.

Görüşdə çıxış edən Azərbaycanın Rusiyadakı hərbi attaşesi Kənan Təhməzov isə qeyd edib ki, müstəqil ölkənin qarantı güclü silahlı qüvvələridir. “Azərbaycan Ordusu regionun ən güclü ordularından biridir. 2016-cı ilin aprel döyüşlərindən başlayan döyüş yolumuz 2020-ci ilin 44 günlük müharibəsi ilə davam etdi və 2023-cü ildə Qarabağ məsələsinə son nöqtə qoyuldu. Bu gün siz Qələbə Ordusunun təmsilçiləri kimi Moskvadasınız”, – deyə o bildirib.

Hərbi attaşe əlavə edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin daim diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimiz yüksək peşəkarlıq nümayiş etdirir. Rusiya Federasiyasındakı səfirliyimizin təşəbbüsü ilə keçirilən bu görüş bir daha göstərir ki, Azərbaycan dövləti hərbçilərinə dəyər verir və onların təmsilçiliyini hər zaman yüksək qiymətləndirir.

Görüş səmimi və vətənpərvər ruhda keçib, iştirakçılar Qələbə paradında iştirak etməyin məsuliyyəti və fəxarətini dərk etdiklərini ifadə ediblər.

Son xəbərlər

Photo 5298543511051825965 y

Əliməmməd Nuriyev: Konstitusiyamızın 30 illik yubileyində hüquqi islahatlara ehtiyac var.1-ci hissə

23 May 2025
Indir 2025 05 23t163741.765

“Anadolu Ankası – 2025” təlimi başa çatıb – VİDEO

23 May 2025
Indir 2025 05 23t163443.398

İran-ABŞ danışıqları başlayıb

23 May 2025
Indir 2025 05 23t152152.141

Gürcüstana Aİ-ın nümayəndəliyinin üzvülərini ölkəyə girişinə icazə verilməyib

23 May 2025
Indir 2025 05 23t145940.615

9-cu siniflərin aprelin 13-də baş tutan buraxılış imtahanının nəticələri bu gün yekunlaşa bilər

23 May 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.