Moskvada 30 avtomobil bir-birinə çırpıldı: Azyaşlı uşaq… – QORXULU ANLAR (VİDEO)
Moskvada 30 avtomobilin iştirakı ilə kütləvi qəza baş verib.
“Qərb Xəbər” rus mediasına istinadla məlumat verir ki, insident Kiyev şossesinin 116-118 km-lik hissəsində, Moskva istiqamətində qeydə alınıb.
Hadisə nəticəsində səkkiz yaşlı bir uşağın xəsarət aldığı bildirilib. Azyaşlı Obninsk xəstəxanasına yerləşdirilib.
Ərazidə nəqliyyatın hərəkəti dayandırılıb. Hadisənin baş vermə şəraiti və səbəbləri aydınlaşdırılır.




