Dünya

MOSKVA PUALARLA VURULDU

10 sentyabr / 13:15 1 dəq
MOSKVA PUA HUCUMU
10 sentyabr / 13:15
Burada sizin reklamınız ola bilər

Gecə saatlarında Rusiyanın paytaxtı Moskvaya kütləvi PUA hücumu edilib.

Qerbxeber.com  Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, ilk hücum Lyubertsı şəhər dairəsinə edilib. Daha sonra Jukovski rayonunda PUA-lar vurulub. Yerli sakinlərin bildirdiyinə görə, azı 6 partlayış səsi eşidiblər.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri Podolsk, Ramenskoe, Lyubertsı, Domodedovo və Kolomna şəhər dairələrində 14 PUA vurub.

Rusiya mətbuatı Ramensk rayonundakı yaşayış binasında 11 və 12-ci mərtəbələrdə yanğın baş verdiyini yazıb.

Digər yaşayış binasında isə 20-yə yaxın mənzildə yanğın olub. 3 nəfər qəlpə yarası alıb.

Jukovski aeroportuna da PUA-nın düşdüyü barədə məlumat yayılıb.

Domodedovo, Vnukovo və Jukovski aeroportlarının fəaliyyəti dayandırılıb. Eyni zamanda Rusiyanın müxtəlif şəhərlərinə PUA hücümu olub. İlkin məlumata görə 3 nəfər ölüb.

Paylaş
Burada sizin reklamınız ola bilər