Elnur nemətov 4
Adaptasiya-Sabitləşmə və ya Uyğunlaşma-Peşəkar idmançı ELNUR NEMƏTOVUN yazısı
Tramp yeni
Trampdan Rusiyaya 100 faizlik tarif hədəsi
Tramp rutte
Tramp: Azərbaycan və Ermənistan danışıqları uğurla nəticələnəcək
Piyada qəza
Ağstafada avtomobil piyadanı vurdu
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Milli QHT Forumu “FSB”vəhşiliyinə qarşı bəyanat verdi

2 həftə ago
A A
Milli qht forumu

Azərbaycan Milli QHT Forumunun Rusiyada azərbaycanlıların etnik mənsubiyyətinə görə qətl və zorakılığa məruz qalmasına dair bəyanat yayıb.

Qerbxeber.com bəyanatı təqdim edir:

“Biz – Azərbaycan vətəndaş cəmiyyətinin səsi olaraq, son zamanlar Rusiyada azərbaycanlıların etnik mənsubiyyətinə görə qətl və zorakılığa məruz qalmasının sistemli xarakter aldığını müşahidə edir, bunu hiddətlə qarşılayırıq.

2025-ci il iyunun 27-də Yekaterinburq şəhərində azərbaycanlılara qarşı məhkəmə mühakiməsi olmadan törədilmiş qətl və zorakılıqlar etnik və dini dözümsüzlük, irqi ayrı-seçkilik və faşizm nümunəsidir.

Faktlar, obyektiv təhlillər və çoxsaylı sübutlar göstərir ki, azərbaycanlılara qarşı bu cür cinayətlər çox vaxt rəsmi Moskvanın ən azı səssiz razılığı ilə sanksiyalaşdırılır.

Azərbaycan Respublikası hər zaman Rusiya ilə mehriban qonşuluq, dostluq və tərəfdaşlıq siyasətinə sadiqliyini nümayiş etdirib. Bu mövqe ölkəmizdə dövlət təhsil müəssisələrində rus bölmələrinin mövcudluğunu saxlaması, Rusiya ilə güclü mədəni əlaqələrin inkişafı, rus məktəbləri, teatrları, mədəniyyət mərkəzlərinin sərbəst fəaliyyəti, Azərbaycanda rus icmasına göstərilən xüsusi diqqət və qayğı, eləcə də qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi ilə təsdiqlənir. Biz Azərbaycanın Rus İcmasının Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləməsini də təqdir edirik.

Biz Azərbaycan dövlətini çağırırıq ki, Rusiya Federasiyası tərəfindən azərbaycanlılara qarşı təhdid, hədə-qorxu və şantaj siyasətinin davam etdiyi indiki şəraitdə bu ölkə ilə bütün sahələrdə əməkdaşlıq və münasibətlər yenidən nəzərdən keçirilsin. Bu baxımdan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərini, o cümlədən konsertləri, festivalları, tamaşaları, sərgiləri ləğv etməsini təqdir edirik.

Ötən ilin sonu Rusiya səmasında vurulmuş AZAL təyyarəsi ilə əlaqədar bu günə qədər də günahkarların müəyyən edilərək mühakimə edilməməsi göstərir ki, Rusiya hakimiyyəti bu dəhşətli cinayətlərin açılmasında maraqlı tərəf deyil. Biz şəffaflıq, ədalət, qarşılıqlı hörmət tələb edirik.

Yekaterinburq şəhərində baş vermis sonuncu cinayət əməli də yalnız Səfərovlar ailəsini deyil, bütün Azərbaycanı sarsıdır. Hər birimiz özümüzü səfərovlardan biri hesab edirik”.

Son xəbərlər

68769e6c379ac68769e6c379ad175260426868769e6c379aa68769e6c379ab

Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb

15 İyul 2025
1684389975 dc 2026 780x470

Növbəti dünya çempionatına bilet satışlarına sentyabrdan etibarən start veriləcək

15 İyul 2025
Nutrisoloq elnur nemətov

Evdə bişən hər yemək sağlamdırmı ???

15 İyul 2025
518962706 10160943012547691 5877683654578771958 n

Xristianlığı qəbul edib,keşiş olan Ağstafalı bəstəkar-Onegin Hacıqasımov -tarixçi alim,Zaur Əliyevin yazısı

15 İyul 2025
Tramp yeni

“Mən tərəf tutmuram”-Trump

15 İyul 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.