Bölgə xəbərləri

Milli Məclis Türkiyəyə 40 ədəd generator göndərib

10 fevral / 14:14 1 dəq
63e618514309363e6185143094167602388963e618514308f63e6185143091
10 fevral / 14:14
Burada sizin reklamınız ola bilər

Bu günlərdə ölkəmizdə bir sıra dövlət qurumları, ayrı-ayrı təşkilatlar və sadə vətəndaşlar Türkiyədə baş vermiş təbii fəlakət – çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ ilə əlaqədar yardım kampaniyasına başlayıblar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclis deputatlarının, Parlament Aparatı və İşlər İdarəsi əməkdaşlarının da bu aksiyaya öz töhfələrini vermək məqsədilə topladıqları vəsaitə təbii fəlakət ərazisində böyük ehtiyac duyulan 40 ədəd daşınan generator alınaraq qardaş ölkəyə göndərilib.

Paylaş
Burada sizin reklamınız ola bilər