Dünya

Metyu Uitaker: ABŞ-ın Ukraynaya verilməmiş hələ çox güclü silahları var

9 oktyabr / 21:19 1 dəq
Metyu uitaker
9 oktyabr / 21:19
Burada sizin reklamınız ola bilər

Birləşmiş Ştatlar hələ Ukraynaya verilməmiş güclü silah sistemlərinə malikdir. Bu silahlar qarşı tərəfə ciddi ziyan vurmağa qadirdir.

Qerbxeber.com nTeleqraf-a istinadən xəbər verir ki, bunu Latviyada keçirilən təhlükəsizlik konfransında çıxış edən ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.

“Bir sıra güclü silahlar var ki, onları hələ Ukraynaya verməmişik, lakin lazım gələrsə, onları verəcəyik”, – diplomat bildirib.

Oktyabrın 7-də ABŞ prezidenti Donald Tramp Ukraynaya “Tomaqavk” raketlərinin göndərilməsi ilə bağlı qərar qəbul etdiyini açıqlayıb. Bununla belə, o qeyd edib ki, ilk növbədə raketlərin təyinatı ilə bağlı Kiyevdən təminat lazımdır.

Paylaş
Burada sizin reklamınız ola bilər