Sosial

Meteohəssas insanlar üçün əlverişsiz hava

24 iyun / 10:41 2 dəq
14852546943620349907 1000x669
24 iyun / 10:41
Burada sizin reklamınız ola bilər

Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmayıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Məlumatda qeyd edilir ki, elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. Eləcə də enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınəb.

Qarşıdakı günlərdə (24 – 26 iyun) kosmik hava proqnozuna gəlincə, Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Proqnoz dövründə (24 – 26 iyun) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı isə 5%-dən aşağı qiymətləndirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər