Medvedyev: Ukrayna üçün təhlükəsizlik təminatı hazırlanarkən Rusiyanın mövqeyi nəzərə alınmalıdır
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, Ukrayna üçün hər hansı təhlükəsizlik zəmanəti hazırlanarkən Rusiyanın mövqeyi nəzərə alınmalıdır.
TASS xəbər verir ki, Medvedev jurnalistlərlə söhbətində Qərbin təkliflər hazırlayarkən Rusiya ilə məsləhətləşməli olduğunu bildirib:
“Əgər münaqişə varsa, xüsusi hərbi əməliyyat davam edirsə, heç olmasa hər hansı təkliflər hazırlayarkən bizimlə məsləhətləşməlidirlər”.
Qeyd edək ki, sentyabrın 4-də Parisdə keçirilən “Könüllülər koalisiyası”nın iclasında 35 iştirakçı ölkədən 26-sı atəşkəs razılaşması əldə edildikdən sonra Ukraynaya hərbi kontingent göndərməyə hazır olduqlarını bildiriblər. .




