Xəbər

MEDİA Yaxın Şərqdə hərbi əməliyyatlarla bağlı jurnalistlərə müraciət etdi

4 mart / 12:02 1 dəq
Azerbaycan respublikasinin medianin inkisafi agentliyinin beyanati
4 mart / 12:02
Burada sizin reklamınız ola bilər

Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatlara istinad edən paylaşımlar müşahidə olunmaqdadır. İnformasiya mühitində dezinformasiya riskini artıran bu kimi cəhdlər ictimai rəydə çaşqınlıq yaratmağa yönəlib.

Qerbxeber.com xəbər verir ki, bu, Medianın İnkişafı Agentliyinin jurnalistlərə müraciətində yer alıb.

“Media subyektləri sosial şəbəkələrdəki informasiya axınına münasibətdə yüksək peşəkarlıq göstərməli, mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır. Bütün media subyektlərini, jurnalistləri, ictimai fəalları fəaliyyətlərində yalnız rəsmi mənbələrə istinad etməyə, cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə, informasiya manipulyasiyası hallarına yol verməməyə çağırırıq”, – müraciətdə deyilir.

Paylaş
Burada sizin reklamınız ola bilər