Fransa Prezidenti Emmanuel Makron Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.
“Qərb Xəbər” “Kazİnform” agentliyinə istinadən xəbər verir ki, görüş Qazaxıstan Prezidentinin iqamətgahında baş tutub.
Görüş bağlı qapılar arxasında keçirilib.
Xatırladaq ki, 2022-ci ilin noyabrında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fransalı həmkarının dəvəti ilə Fransaya rəsmi səfər edib. Səfər zamanı Qazaxıstan və Fransa liderləri ticarət-iqtisadi əlaqələrin gücləndirilməsinə dair danışıqlar aparıb, Mərkəzi Asiya və beynəlxalq gündəliyin aktual məsələlərini müzakirə ediblər.
İ.Babayeva