Elm və Texnologiya

Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb

18 iyul / 15:03 1 dəq
25d9ebf1 8c9b 3ec6 a80f b67e1bc30a4c
18 iyul / 15:03
Burada sizin reklamınız ola bilər

Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb.

Bu barədə Qerbxeber.com  Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Magistraturaya qəbul olmuş şəxslər iyulun 22-si saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün bakalavrlar göstərilən vaxtadək https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli və təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisələrinə qəbul olunanların siyahısından xaric ediləcəklər.

Xatırladaq ki, bakalavrların qeydiyyat prosesinə iyulun 9-dan etibarən başlanılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər