Məşhur aşpaza 22 il 6 ay həbs cəzası istənildi
Məşhur Türkiyəli aşpaz Somer Sivrioğluna qarşı 22 il 6 ay həbs cəzası tələbi ilə iddia açılıb.
“Qərb Xəbər” xarici mediaya istinadən bildirir ki, İstanbulda aşpaz Somer Sivrioğlunun 3 ay əvvəl təhvil aldığı restoranın divarı uçub.
Nəticədə ağır yaralanan keçmiş diplomat Ahmet Muhammed Salem Lubbad dünyasını dəyişib.
Təqsirləndirilən şəxsin vəkili Somer Sivrioğlunu növbəti məhkəmə iclasına hazırlayacağını bildirib.





