Kateqoriyasız

Məzahir Pənahov: Seçki komissiyaları hər zaman hazır olmalıdır – Azərbaycanda yenidən parlament seçkiləri keçiriləcək?

20 yanvar / 13:35 1 dəq
Mezahir panah
20 yanvar / 13:35
Burada sizin reklamınız ola bilər

“Seçki Məcəlləsinə əsasən, Dairə Seçki Komissiyaları 5 ildən bir yenidən formalaşdırılır. Artıq bu proseslər başa çatıb”.

“Qərb Xəbər”in məlumat verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, məntəqə seçki komissiyaları da yenidən formalaşdırılıb: “Biz indi hazırlıq işləri aparırıq. Seçki komissiyaları hər zaman hazır olmalıdır. Biz o mərhələdəyik və onunla məşğuluq. Heç bir problem yoxdur”.

Milli Məclisdə boş qalan deputat yerlərinə təkrar seçkinin nə zaman keçiriləcəyinə gəlincə M.Pənahov söyləyib: “Niyə narahat olursuz? Seçki elan olunanda eşidəcəksiniz. Ondan sonra bir yerdə işləyəcəyik”.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər