Litvanın müdafiə qabiliyyətini təmin etmək üçün 600 min nəfərlik ordu ehtiyatı lazımdır.
Qerbxeber.com TASS-a istinadən verdiyi məlumata görə, bunu “Vətən İttifaqı – Litva Xristian Demokratları” partiyasının idarə heyətinin iclası çərçivəsində Litvanın xarici işlər naziri Qabrielius Landsberqis deyib.
Diplomat Finlandiyanı misal çəkib. “4 milyon əhalisi olan Finlandiyada 900 min ehtiyatda olan əsgər var. Biz 600 min insanı öyrətməliyik”, – əhalisi təxminən 2,8 milyon olan Litvanın xarici işlər naziri bildirib.
Qeyd olunur ki, hazırda Baltikyanı ölkənin aktiv ordu ehtiyatı 38 min nəfərdən ibarətdir. 2030-cu ilə qədər Litva hakiiyyəti onu 47 minə çatdırmaq niyyətindədir.